Azerbaycan Diller Universiteti Azad Azer
Главная | Регистрация | Вход Приветствую Вас Qonaq | RSS
Меню сайта
Наш опрос
Qarabag Probleminin Hellini Nede Gorursunuz?
Cavab Verib: 1061
Главная » 2008 » Июнь » 15 » İRANIN VURULACAĞI TARİX AÇIQLANDI
İRANIN VURULACAĞI TARİX AÇIQLANDI
12:50
Buş administrasiyasına yaxın “USA Today” qezetinin yazdığına göre, müharibe yeni prezidentin selahiyyetlerinin icrasına başlamazdan evvel olacaq.
ABŞ-ın İrana qarşı herbi emeliyyatlara hazırlıq gördüyü haqda xeberler yeniden artmaqdadır. Bu defe Buş administrasiyasına yaxın neşrlerden birinde hetta İranın hansı tarixde vurulacağı haqda xeber yer alıb. ABŞ-ın en çox satılan “USA Today” qezetinin yazdığına göre, İrana qarşı herbi emeliyyatlar noyabr ayında keçirilecek prezident seçkilerinden sonra, yeni prezidentinin selahiyyetlerinin icrasına başlayacağı güne qeder müddet erzinde başlayacaq. Qezete açıqlama veren mühafizekar qrupun önemli şexslerinden Daniel Paypes deyib ki, eger seçkilerde respublikaçı Con Makkeyn qalib gelse, o zaman İrana qarşı herbi zerbelerin endirilmesi şübhə doğurmayacaq.
Çünki Makkeynin mövqeyi beledir ki, İrana qarşı herbi emeliyyatlar variantlardan en pisidir, lakin nüve silahına malik İran bundan daha pis variantdır. Lakin Paypes deyib ki, seçkilerde Barak Obamanın qalib gelmesi İran tehlükesinin artması demek olardı. Çünki Obama İranla danışıqlar terefdarıdır. “Obama qalib gelse İrana qarşı herbi emeliyyatlar emrini Corc Buş verecek. Yeni prezidentin selahiyyetlerinin icrasına başlayacağı 20 yanvar 2008-ci ilə qeder onun vaxtı var”. Xatırladaq ki, Corc Buş İrana qarşı herbi zerbelerin variantlardan biri olduğunu tesdiq edib. Avropaya seferi zamanı Buş deyib ki, İranı elave iqtisadi sanksiyalarla nüve proqramını dayandırmağa mecbur etmeye çalışacaq, lakin bütün variantlar da masa üzerindedir.

Просмотров: 2024 | Добавил: adu | Рейтинг: 3.0/3 |
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Форма входа
Календарь новостей
«  Июнь 2008  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30
Поиск
Друзья сайта
    Статистика
    Copyright MyCorp © 2018