Muğam Şerqin en qedim musiqi janrlarından olduğu üçün daima dünya musiqişünaslarının,
senetseverlerin diqqet merkezinde olmuşdur. Qedim ve orta esr şerq musiqi
medeniyyetinin, folklorunun öyrenilmesinde bu janr esas amillerden biri kimi
tedqiqatçıların tehlil obyektine çevrilmişdir. Bu menada muğamın bir janr kimi
tedqiqatı orta esrlerden başlayaraq bu güne qeder aktual problem olaraq
musiqişünasların araşdırdığı esas mövzu kontekstine daxil olmuşdur. El-Kindi, El-Müneccim, El-Farabi, İbn-Sina, Qş Şirazı, El-Emuli ve onlarca görkemli
alimlərin ayrı-ayrı dövrlerde muğam janrına defelerle müraciet etmesi ve bu
sahede elmi eserler yazması janrın daima aktual mövzu orbitinde olmasına delil
verir. Muğam janrı Şərq xajqlarının mədəni həyatında,onların mənəvi dünyasının
formalaşmasında həlledici rol oynadığı üçün bu ölkələrin musiqi salnaməsində
dərin izlər buraxmışdır. Muğamların dərin etimad qazanması aşağıdakı inkişaf
istiqamətləri ilə sıx bağlı olmuşdur:
- Muğamların geniş xalq kütləsi arasında nüfuz qazanması.
- Bu sənətin professional ifaçılar tərəfindən qədim və orta əsrlərdə
saraylarda, geniş xalq kütləsi arasında inkişaf etdirilməsi.
- Muğamların poeziya ilə sıx əlaqədə ifa olunması və yaşadılması.
Muğamlar müxtəlif hadisələrdə əlaqədar yarandığı üşün onların emosional
təsir dairəsi də rəngarəng və bir-birindən fərqlidir.
Türklərin,ərəblərin, Romalıların, Hindlilərin, Gilanlıların, Kürdlərin,
eləcə də ayrı-ayrı şəxslərin-elm adamların, şahların, vəzir və
vəkillərin şairlərin, dərvişlərin və s. arasında böyük nüfuza malik
olamasına şəksiz dəlildir. Vokal-instrumental və instrumental
muğamların professional ifaçılar tərəfindən yaşadılması, eyni zamanda
onların insan psixalogiyasına, mənəviyyatına güclü təsir etməsi
faktları muğam janrının kamil və yüksək inkişaf səviyyəsini göstərir.
Orta əsr Şərq xalqları musiqisinin əsas aparıcı amili kimi muğam
janrının sirlərinin üzə çıxarılması, onların yaranma tarixinin və
elmi-nəzəri əsaslarının araşdırılması aktual problem olaraq qalmışdır.
Bu sahədə saysız-hesabsız məqalələrin,fundomental əsərlərin,not
kitablarının, səs yazılarının olmasına baxmayaraq muğam janrı hələ də
mükəmməl sürətdə öyrənilməmişdir. Muğamlar elmi məxəzlərdə Sasanilər
dövrünə qədər işlənsə də orta əsrlərdə muğam janrı haqda olan əsərlərdə
muğamların tarixi xüsusi tədqiqat obyektinə çevrilməmişdir. Məhz bu
janrın öyrənilməsi sahəsində mövcud çatışmamazlıqlar, vacib problemlər,
araşdırıcıların zəmin yaratmışdır.
Dünya alimləri muğamların geniş təhlilində əsas yeri ərəb, türk
məkamlarına və İran dəstgahına verməmişlər. Elmi-nəzəri təhlillər
göstərir ki, əksər tədqiqatlar mono-kultur, yəni məhdud bir region
çərçivəsində aparıldığı üçün bir tərəfli mahiyyət daşımışdır. Ona görə
də bir ölkə daxilində araşdırılan muğam janrı müəyyən spesifik
cəhətlərin, problemlərin, milli ifaçılıq ənənələrinin öyrənilməsi ilə
nəticələnmişdir. Muğamların geniş,qlobal şəkildə araşdırılması bir çox
faktların və elmi-nəzəri məsələlərin köıgədə qalmasına gətirib
çıxarmışdır.
Kitabda muğam janrı qlobal və regional şəkildə araşdırılır, onun
problemləri tarixi nəzəri aspektdən işıqlandırılır, qarşıya qoyulmuş
aktual məsələlərin həlli öz şərhini tapır.
1 MUĞAM, MAKAM, MAKOM VƏ YA MƏQAM ELMİ NƏZƏRİ KONSEPSİYASININ AÇIMI
Muğam sənəti Şərq, Asiya və bir sıra avropa əraziıərində yerləşən
xalqların məişətində geniş yayılaraq onların musiqi yaradıcılığında
unikal sınıy nəvü kimi son dərəcə güclü psixoloji-emosional təsir
gücünə malik olan musiqi janrıdır. O, eyni zamanda ifaçının
ustalığından və məharətindən asılı olaraq həcmcə və
formaca asanlıqla dəyisilə bilən, dialektə, qəzəlin metroritmik
quruluşuna, məzmununa görə bu və ya digər müxtəlif milli çalarları
əzündə əks etdirən orijinal bir sənət nümunəsidir ki, bir sıra
xalqların mədəni inkişafında çox böyük, əvəzolunmaz yer tutub. Muğam
sənətinin məhz bu spesifik cəhətləri onu Şərq xalqlarına sevdirmiş və
doğmalaşdırmışdır. Ona görə də bu musiqi janrından söhbət düşəndə haqlı
olaraq Azərbaycan, türk, fars, ərəb,uyğur,özbək və s xalqları muğamın
onların doğma musiqi sənət nümunəsi olmasını iddia edirlər. Muğam sənət
növünün genezisinin, modelinin öyrənilməsinə bütün dünya
mütəxəssisləri tərəfindən çox böyük diqqət yetirilir. Onu da etiraf
edək ki, artıq bir çox ölkələrdə, xüsusilə İranda,
Azərbaycanda,Türkiyədə, keçmiş Sovet İttifaqında, avropa və Ərəb
ölkələrində, Amerikada bu sahədə taninmış alimlər yetişmişdir. Lakin
muğamın bir musiqi janrı kimi harada, kim tərəfindən, nə vaxt
yaranması, onun quruluşu, modeli haqqında əsaslı bir söz deyilməmişdir.
Muğam sənətinin tarixi haqqında əsasən İran, sonra isə digər ölkələrin
alimləri onun Sasanidlər dövründə böyük əhəmiyyət kəsbb etdiyini, geniş
inkişaf tapdığı qeyd etmişlər.Bundan başqa muğam sənətinin soy kökü
barədə elmə başqa faktlar məlum deyil. Tanınmış ərəb musiqişünası
H.H.Tuma yazır ki,makamı (muğam və s.İ. R.) müəyyənləşdirmək ötrü
üç ərazi boyu türk, İran, ərəb zonalarında onun daxili strukturunu bu
ərazilərin mədəniyyəti üçün müştərək olan elementləri, cəhətləri
öyrənmək lazımdır.Muğam sənətini öyrənmək üçün ilk növbədə aşağıdakı
cəhətlərə xüsusi diqqət yetirmək lazımdır:
1.
Muğam (makam) sənətinin quruluş modeli,lad və melodik xüsusiyyətləri
öyrənilməlidir.
2.
Muğam sənəti başqa musiqi sənət növləri, həminən başqa xalqlarda mövcud
olan anoloji sənət nümunələri ilə qarşılıqlı sürət öyrənilib təhlil edilmılidir.
3.
Muğam sənətinin genezisi,adlanır soy kökünün mənası təhlil olunmalıdır.
4.
Muğam sənəti şərq musiqi mədəniyyətinin ayrılmaz tərkib hissəsi kimi
öyrənilməlidir.
6.
Muğam sənəti ərazi baxımında, tarixi hadisələrin xronologiyalaşdırılması
zəmində,dövrü etaplara, mərhələlərlə öyrənilməlidir.
Digər yalnış
bir nəzəriyyə də tədqiqatçı alimlər arasında geniş yayılmışdır. Bu hər şeydən
əvvəl muğam sənətinin ərəb-fars musiqi sisteminə əsaslanması nəzəriyyəsidir.
Qərb, Rus və Şərq ölkələrinin alimləri orta əsr musiqi traktatlarının
əksəriyyətinin ərəb, fars dilinində yazıldığını gördükdə,bu əsərləri bütövlükdə
mexaniki olaraq əarəb və fars musiqisinə şamil etmişlər. Ona görə də əksər
tədqiqatçılar arasında belə bir fikir yaranmışdır ki, bütün xalqlarda mövcud
olan muğam sənəti ğrəb və fars musiqi sisteminə əsaslanır. Bu fikrin yalnış
olması və Azərbaycanda bizim eranın VI əsrındə Ərdəbildə muğamların çalınıb
oxunması sübut etdi ki, muğam sənəti ərəb ölkələrində yayılmamışdan əvvəl
İranda, Azərbaycanda mövcud olmuşdur.
Uzun
illərdir ki, istər qərb, istərsə də Şərq elmində bir sözün mənasını araşdırarkən
nədənsə o saat ərəb-fars dilləri lüğətinə müraciət olunur və qarşıya qoyulan
suala məhz bu mənbələrdə izah axtarılır. Qeyd edək ki, məqam sözü elmi mənbələrə
VII əsrlərdən sonra daxil olmuşdur. Digər tərəfdən, VI əsrdə, hətta ondan
qabaqkı dövrlərdə İranda,Sasanilər hakimiyyəti vaxtında böyük mədəniyyət
olmuşdur.
Iran
tədqiqatçıları verdiyi məlumata görə sasanilər dövründə muğamlar dösgah
formasında ifa olunardı. Tarixi sənədlərdən məlumdur ki, Ərəb İslam dilinin
yaratdıqdan sonra Şərq-Asiya ölkələrinə yürüşlər edərkən öz dinlərini bu
ölkələrə yayırdılar kimi, onların mədəni nailiyyətlərini də əks edib ğz
ölkələrində yaymağa başladılar. Tanınmış ərəb musiqişunası H.h.Tuma bu xüsusda
yazır ki, ərəblərin musiqi həyatı və musiqğ praktikası haqqönda ən qədim
məlumatlar b.e VI əsrə-islam dövründən 100-150 il əvvələ təsadüf edir. Bu
misalın özü sübut edir ki, soy kök etibarı ilə Ərəb musiqi mədəniyyəti İslamdan
sonra formalaşıb inkişaf etmişdir. Bu mənada ərəblər İranda 300 nəfər. Sonrakı
dövrlərdə də 200-ə yaxın ustad sənətkarları: ifaçıları, xanəndələri, rəqqasları
öz ölkələrinə aparmışlar. Bunların içərisində Azərbaycan-türk musiqiçiləri də
olmuşdur. Əl-Məsudinin verdiyi məlumata görə İslam dövründən əvvəl Ərəbistanda
tanınmış şair və musiqiçi olan nadir bir əl-Xəris əl Kəldə(622-ci öldürül).
İraqdan xosrov Pərvizin(590-6280 yanına gəlmiş və onun sarayında ud çalmağı və
oxumağı öyrənmişdir. Sonra isə o, Məkkəyə qayıdaraq mənsud olduğu əhalini də bu
sənətə öyrətmişdir.
VII
əsrindən qabaq və sonra Ərəb ölkələrinə yayılan İran mədəniyyəti içərisində
muğam sənəti də mövcud olmuşdur. Hətta, Ərəb ölkəsində yaşayıb yaradan, mənşecə
iranlı olan istedadlı musiqiçi İbn Şırin “avaz” musiqi sənət növünün yaradıcısı
kimi sənətsevərlər arasında böyük hörmətlə qarşılanardı. İslam dövründən qat-qat
əvvəl İran ərazisində intişar tapmış muğam sənətini bir neçə əsr sonra(makam)
ərəb adı ilə adlandırılması özü göstərir ki, muğam sənətinin genezisi ərəb
dünyası ilə yox, məhz İran ərazisi ilə bağlı olmuşdur. Sözsüz ki, İranda
muğamların öz adı mövcud olmuş, sonradan isə ərəblər onu qəbul etmişlər.Müəyyən
dövr keçdikdə bu ad onların dillərinin,dialektlərinin qanunauyğunluqları zəmində
dəyişilmiş və bu günkü məqam, makam şəklində bizə gəlib çatmışdır. Bu mənada
muğamın məqamın məqam məfhumundan yox, başqa bir sözün etimoloji əsasında
yarandığı ehyimalı meydana çıxır.
2 MUĞAM
SƏNƏTİNİN ETNİK SOY KÖKÜ
Tanınmış
tədqiqatçıların F. Karomatov və Y. Elsner belə hesab edilər ki, makam termini
musiqi traktatlarında ilk dəfə XIV əsrdə Əl-Şirazinin (ölüm tarixi 1311)
əsərində işlədilmişdir. Bu terminin daha qədim olması ehtimalı da onların
məqaləsində öz əksini tapmışdır. Daha sonra Səfiəddin əl-Urməvinin “Kitab əl
ədvar” (“Dövrlər haqqında kitab”) əsərinə istinadə bu iki alim yazır ki,
musiqiçilər bir qrup musiqi dövrlərinin şədd (cəm halda şüdüd),
digərlərini isə avaz adlandırırlar. Elə musiqi dövrləri də mövcud idi ki,
onların xüsusi adı olmadığından mürəkkəbad adlandırırdılar.
Bizim
eradan çox-çox qabaq və sonrakı dövrlərdə İran ərazisində əsas etibarı ilə
cəmiyyətin sayına görə əksəriyyət təşkil edən iki xalq-Azərbaycan türklərinin və
Pars-farslarının geniş fəaliyyətləri olmuşdur. İstər ölkənin idarə olunmasında,
istərsə də mədəniyyətin inkişaf etdirilməsində bu iki xalqın öhdəsində daha çox
məsuliyyət düşmüşdür. Tarixi sənədlərə müraciət etsək gərərik ki, Əhəmənilər,
Sasanilər və ondan qabaq Manna, Midiya və Şumer dəvrlərində böyük musiqi
mədəniyyəti olmuşdur. Bir çox tarixi mənbələr, o cümlədən “Avesta” da verilən
məlumatlara görə Ariyalılar İran ərazisində Orta Asiyadan gəlmiş və orada yerli
əhali ilə qarışmışdır.
Tarixi sənədlər göstərir ki, Şərqdə çox böyük,nüfuzlu bir dini təlimin
banisi və “Avesta”nın müəllifi Zərdüşt özü Muğtayfaların nümayəndəsi
olmuşdur. Ərəb müəlliflərindən Bələzuri Zərdüştün Urmiyə şəhərindən,
İbn Xordadbəy Zərdüşt şəhərindən (Cənubi Azərbaycan Neriz ilə Səlməs
şəhərlərinin yaxınlığında) olduğunu göstərmişlər. İran mənbələrində
qeyd olunur ki, Zərdüşt kahinləri əsasən Muğlardan ibarət idi və onlar
xalq arasında, xüsusilə saraylarda böyük nüfuza malik olmuşlar. Qədimdə
İran şahları tacqoyma mərasimləri zamanı Mədənidən piyada Azərgəşəsb
atəşgedəsinə gələrmişlər. Muğlar İranın kim tərəfindən idarə
olunmasından asılı olmayaraq bütün ölkədə, həmçinin şərqdə böyük təsir
dairəsinə malik olmuşlar. İyirmi bir hissəli “Avesta” əsərinin IV
hissəsi kosmoqonik səciyyə daşımış, V hissə isə astronomiyadan bəhs
etmişdir. Eyni zamanda muğların musiqi ilə də məşqul olması qeyd
olunur. Məntiqi baxımdan buradan belə bir fikir meydana çıxır ki, orta
əsr traktatlarında musiqinin kosmoqonik izahı, yəni ayrı-ayrı
muğamların ulduzlarla və diğər planetlərlə üzvü əlaqədə verilməsi hələ
bu dövrdə geniş tətbiq olunurmuş. İlk mənbə kimi musiqinin kosmoqonik
izahlı öz kökünü qədim Şumerlilərdən b.e. əvvəl III minillikdən
götürməsi elmə məlumdur.
B.S. Vinoqradov qeyd edir ki, Zaks Kurta istina edərək yazır ki, bu
sənədləri hərtərəfli və dəqiq araşdıran musiqişünaslar belə bir qənaətə
gəlirlər ki, “ən qədim mütəşəkkil və sistemləşdirilmiş musiqi
nümunələrinə şimerlilər və misirlilər malikdilər. Bizim eradan əvvəl
III minillikdə yazılmış şumer mətnləri ənənəvi musiqinin olmasının tam
sübut edir. Zaks Kurt isə qeyd edir ki, b.e əvvəl II-III min il qabaq
qədim Şərqdə stabil natural oktava, kvarta,
kvinta struktur elementlərini müəyyənləşdirən pentatonika və yeddi pilləli ladlar işlədilirdi.
Qeyd etdiyimiz faktlardan belə bir real məntiq irəli gəlir ki, Muğların
Muğanda çalıb oxuduqları şifahi ənənəvi prşəkar musiqi, havalar öz soy
köklərini inkişaf etmiş, formalaşmış, real zəmin əsasında məhz Şumer
mədəniyyətindən alır. Şumer mədəniyyətinin də türk tayfalarıilə bağlı
olması haqqında çoxlu mənbələr var. Hətta, Şumer dilində olan “arpa”,
“saman”, “su”, “qarış” “qanun”, “un”, “tanrı” və s. bu kimi 60-a yaxın
sözün məhz Azərbaycan-türk tayfalarının dili ilə bağlı olmasını bir çox
tədqiqatçı alimlər sübut etmişlər.
Muğam dəstgahının şəbə və güşələrinin ayrı-ayrı havalardan ibarət
olması nəzəriyyəsi də diqqət yetirək. Sənədlərdən məlum olduğu kimi
Xosrov Pərvizin sarayında Barbəd 100 ahəng bəstələmişdir. Bu
ahənglərin, havaları 30-u haqqında Nizami Gəncəvi, Firdovsi və
başqaları geniş məlumat verir.
Muğamlar müəyyən hadisələrlə əlaqədar yaranıb. Bunlardan: Şah xətai,
Xosrovanə, Bayatı-Qacar şahıarın şəninə, Novruze-Kuçek, Novruze-Xara,
Sale-Novruz, Novruz-rəvəndə Novruz bayramı ilə əlaqədar, bayatı-Əcəm
(Əcəm qədimdə iranlılara deyilirdi . Bayat isə türk tayfalarıdır ki,
Cənubi Azərbaycanda yaşayırlar-İ.R.) Bayatı-Kürd, ovşarı (həm ərazi
adıdır, həm də Əfşar türkdilli tayfalarıdır), Bayatı-İsfahan,
Bayatı-Şiraz, Şüştər, Şəhər adları İraq, Azərbaycan ölkə adı və s. ilə
əıaqədar yaranmışdır. Göstərilən misallar sübut edir ki, muğamlar ayrı-ayrı hadisələrlə əlagədar yaranmış müxtəlif havalardan ibarət olub, mənşəcə
professional musiqi sənət nümunəsidir. Yuxarıdakı misallar bir daha göstərir ki, Muğan ərazisi ilə əlaqədar Muğan havalarının yaranması da tam qanuna
uyğundur.
Muğamların emosional təsiri baxımından Nizami Gəncəvinin yuxarıdakı
şerini təhlil etsək, yəni “Mən binəvanı o hava ilə əzizlə və havanı
daha da qızdırır, həmçin, Müğənni. O qədim havanı cal, Mənə bu dastanı
yazmaqda kömək et” misralarına diqqət yetirsək görəcəyik ki, sözün əsl
mənasında qeyd edilən bütün parametlər muğamın muğan havası olmasına
dəlilverir. Əgər bütün deyilənləri bir əsas kimi götürsək nəticə
etibarı ilə deməliyik ki, Muğam. Mukam, Makam, Makom kök etibarı ilə
eynidir o, öz soy kökünü muqların sənnətindən muğandan götürür.
Muğam sənəti sinkretik bir sənət növüdür. Bura başqa musiqi janrlarının
melodiyaları, metro-ritmik xüsusiyyətləri tarixin müxtəlif mərhələrində
daxil olmuş və bu sənət növünü daha da zənginləşdirmişdir. İstər İran
Dəstgahlarını, istər Azərbaycan muğamlarını, istərsə də digər xalqlarda
məvcud olan bu sənət nümunələrini qarşılıqlı sürətdə təhlil etsək
görərik ki, muğam janrının musiqi materialında aşıq sənət nümunələri
şoxdur. Həm melodik baxımdan. Həm lad, metro-ritmik xüsusiyyətlər, həm
də adlara görə aşıq yaradıcılığına xas çoxluğu ümdə cəhətlər muğamlara
sirayət etmişdir. Məs.: “Keşiş-oğlu”, “Qaraçı” (Qəraçə) “Ovşarı”,
“Heratı”, “Koroğlu” və s. bu kimi adların muğam sənətində mövcud olması
buna gözəl sübutdur.
Aşıq sənət növünə gəldikdə isə mübaliğə etmədən deyə bilərik ki, bu
sənət tarixən türk xalqlarından geniş yayılmış və indı də öz hegemon
mövgeyini bu xalqların musiqi yaradıcılığına saxlayır. Göstərilən bu
dəlil sübut edir ki, muğam sənətinin tarixi kökü türk tayfalarının kökü
ilə söx bağlıdır. Dünyanın bir çox arxeolaq və şərqşunas alimləri də öz
əsərlərində b.e. əvvəl VI-III minillikdən bəri bir dövrü götürsək
İranın Urmiyə gölünün ətrafında qədimlərdə ən böyük mədəniyyət olmasını
etiraf etmişdilər. Bu baxımdan bizim irəli sürdüyümüz yeni elmi nəzəri
konsepsiyası özünü doğruldur.